Azərbaycanda donuz qripinə yoluxan var? - RƏSMİ CAVAB
16 yanvar 2023 17:27 (UTC +04:00)

Azərbaycanda donuz qripinə yoluxan var? - RƏSMİ CAVAB

Artıq son zamanlarda qonşu Rusiya, İran və Ermənistanda donuz qripi kəskin şəkildə yayılıb. 

Bəs, Azəraycanda donuz qripi ilə bağlı vəziyyət nə yerdədir? Donuz qripinə yoluxma halları baş veribmi? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, donuz qripi (H1N1) qonşu ölkələrdə yayılsa da Azərbaycanda belə hal təsdiq olunmayıb. 

İnfekionistin fikirlərinə görə, donuz qripinin müəyyən zaman daxilində yayılacağı istisna edilmədiyindən Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən epidemioloji durum izlənilir:

"Eyni zamanda ölkəyə qripə qarşı vaksin gətirilib və əhalinin, xüsusən də risk qrupuna aid insanların peyvənd olunması tövsiyə olunur. Bu peyvənd qripin 4 ştamına, o cümlədən H1N1 ştamına qarşı effektivdir və kifayət qədər təhlükəsizdir. Vaksinasiya ərazi üzrə  Ailə Sağlamlıq Mərkəzlərində müraciət əsasında aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Arzu Qurbanlı

Oxşar yazılar