Alimlər nahar üçün ən təhlükəli vaxtı açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Parisin Sorbonna Universitetində aparılan elmi araşdırmalar 21:00-dan sonra yemək yeyən insanların insult və infarkt riskini artırdığını müəyyən edib.
100 min iştirakçının iştirak etdiyi və yeddi il davam edən araşdırmada nahar vaxtının ürək-damar xəstəliklərinin inkişaf ehtimalına birbaşa təsir etdiyi qeyd edilib.
Alimlər müəyyən ediblər ki, saat 21:00-dan sonra yemək yeyənlərin insult riski 28% artıb. Axşam yeməyini gec yemək qan təzyiqinizi və qan şəkərinizin səviyyəsini yüksəldir ki, bu da zamanla qan damarlarınızı zədələyə, insult və infarkt riskini artıra bilər.