Həkimlər armudun saçların vəziyyətini yaxşılaşdırmağa kömək etdiyini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, armud təkcə saç və dəriyə müsbət təsir etmir, həm də qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir, immunitet sistemini gücləndirir və enerji səviyyəsini artırır.
1. Saç köklərini qidalandırır
Saç köklərini və baş dərisini qidalandıran "sorbitol" və ya "glucitol" kimi tanınan təbii maddələrlə zəngindir.
2. Quru saçları azaldır
Armud quru saçları azaltmağa kömək edən nəmləndirici xüsusiyyətlərə malikdir. C vitamini ilə zəngin olan bu meyvə təbii antioksidant rolunu oynayır, saç köklərini nəmləndirməyə və sağlamlığını yaxşılaşdırmağa kömək edir.
3. Parlaqlığı bərpa edir
Əgər saçlarınız parlaqlığını itiribsə, armud vəziyyəti dəyişməyə kömək edə bilər. Bir armudu alma sirkəsi və su ilə qarışdıraraq saç maskası hazırlaya bilərsiniz. Bu maska mat saçlara parlaqlığı qaytarmağa kömək edəcək.