Arıqlamaq üçün  qarabaşağı   belə bişirin
27 mart 2024 18:01 (UTC +04:00)

Arıqlamaq üçün qarabaşağı belə bişirin

Qarabaşaq yüksək miqdarda qida maddəsi olan aşağı kalorili məhsuldur. Bundan əlavə, həzmi yaxşılaşdıran və bədəni faydalı maddələrlə doyurmağa kömək edən liflə zəngindir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, arıqlamaq üçün qarabaşağı müəyyən qaydalara uyğun olaraq bişirmək lazımdır.

Birincisi, qarabaşağı bişirməzdən əvvəl artıq nişastanı çıxarmaq üçün onu bir neçə saat soyuq suda saxlamaq məsləhətdir.

İkincisi, qarabaşaq isladıldıqdan sonra soyuq suda yuyulmalıdır.

Sonra isə qarabaşağın üzərinə qaynar su tökmək və aşağı istilikdə bişirmək kifayətdir.

Daha zəngin bir dad və tam çeşidli qida əldə etmək istəyirsinizsə, suyu kefir və ya südlə əvəz edə bilərsiniz.

# 13239
avatar

Arzu Qurbanlı

Oxşar yazılar