Arıqlamaq üçün ən yaxşı üç qida
21 iyun 2023 10:10 (UTC +04:00)

Arıqlamaq üçün ən yaxşı üç qida

Dietoloq Sofiya Turner arıqlamaq üçün ən yaxşı üç aşağı glisemik qidanı açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirir ki, bu qidalar daha uzun müddət tox hiss etmənizə kömək edəcək.

Onun sözlərinə aşağı glisemik indeksi olan qidalar qan şəkərinin səviyyəsini sabitləşdirir:

“Bunlar mərci, çiyələk və lifli qidalardır. Mərci zülalla zəngindir. Aşağı glisemik indeksə malikdir və həzmi ləngidir, qlükozanın qana tədricən buraxılmasına səbəb olur. Bu, qan şəkərinin səviyyəsini sabitləşdirməyə və yağ yığılması riskini azaltmağa kömək edir. Çiyələk antioksidant, vitamin və minerallarla zəngindir. Aşağı kalorili və karbohidratlıdır. Lifli qidalar isə toxluq hissi verir, arıqlamağa kömək edir. Maqnezium və manqan kimi vacib mineralları ehtiva edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797

Oxşar yazılar