Arıqlamaq üçün dərman içənlərin  gözləri kor oldu
12 fevral 2025 19:46 (UTC +04:00)

Arıqlamaq üçün dərman içənlərin gözləri kor oldu

ABŞ-da diabet və arıqlama dərmanı “Ozempik”dən istifadə edəndən sonra görmə itkisi ilə üzləşənlərin sayı getdikcə daha da artır.

Lent.az bildirir ki, “Daily Mail” şəkər xəstəliyinə görə iynə vuran və səhəri səhər sol gözü kor olaraq oyanan qadının hekayəsindən bəhs edib. Bundan sonra o, dərman qəbul etməyi dayandırıb, lakin şəkər xəstəliyinə görə yenidən qəbul etməli olub. İki həftə sonra sağ gözünün görmə qabiliyyətini itirib.

Bildirilib ki, bir il ərzində dərman qəbul edən başqa bir qadın tor qişanın damarlarının zədələnməsi səbəbindən görmə qabiliyyətini itirib.

Tədqiqatçılar, yeddi xəstədə optik sinirə qan axınının tıxandığı bir vəziyyət olduğunu da aşkar ediblər.

Ekspertlərin sözlərinə görə, xəstələrdə görmə itkisinin dəqiq səbəbi aydın deyil. Güman edilir ki, bu təsir qan damarlarına mənfi təsir göstərən qan şəkərinin səviyyəsinin sürətlə azalması nəticəsində yarana bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar