Arıqlamaq üçün 5 sadə qayda
24 yanvar 2023 14:28 (UTC +04:00)

Arıqlamaq üçün 5 sadə qayda

“Arıqlamaq üçün səhər yeməklərində daha çox zülal tərkibli qidalar yemək lazımdır”.

Lent.az xəbər verir ki, bu sözləri diyetoloq Melissa Mitri müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə yüksək proteinli pəhrizlərin effektivliyi daha çoxdur. Çünki bu qidalar daha uzun müddət toxluq hissini saxlamağa kömək edir.

“Alkoqoldan çəkinmək lazımdır. Çünki spirt tərkibli içkilər boş kalori və şəkər mənbəyidir. Onların çox istifadə olunması şişkinliyə səbəb ola bilər. Şəkər səviyyəsi yüksək olan qidalardan uzaq olmaq çəki atmağın ən yaxşı yollarından biridir”,- deyə diyetoloq bildirib.

 Melissa, həmçinin gün ərzində çoxlu su içməyin vacibliyindən də danışıb:

”Xüsusilə, yeməkdən əvvəl bir stəkan su içmək lazımdır. Su həzmi yaxşılaşdırır, enerji verir və iştahı cilovlayır. Hətta yeməkdən əvvəl 200 ml. su içən insanlar daha az yeyir və həmin insanlar özlərini tox hiss edir”.

Bunlarla yanaşı, diyetoloq arıqlamaq istəyənlərin daha çox hərəkət etməli olduqlarını qeyd edib. Daimi gəzinti, idman həm sağlamlıq, həm də çəki itirmək üçün ən yaxşı vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Sevinc Fərid

Oxşar yazılar