Dietoloq Nihilesh R. Sekar arıqlamağın sirlərini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, arıqlamağın sirri, istehlak edilən qida miqdarını tədricən azaltmaq və hər gün fiziki aktivliyi artırmaqdır.
Onun sözlərinə görə, gündəlik həyatda daim sağlam qida istehlak edilməlidir:
“Həzm prosesini yaxşılaşdırmaq üçün yeməkdən 20-30 dəqiqə əvvəl iki stəkan su içmək lazımdır. Yeməkdən bir saat sonra kiçik qurtumlarla su içmək məsləhət görülür və növbəti yemək 4-5 saatdan sonra planlaşdırılmalıdır”.