Alimlər alkoqolun gözlənilməz faydalarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric və Sidney universitetlərindən olan elm adamları orta dərəcədə spirt istehlakının bədən üçün faydalı ola biləcəyini bildiriblər.
Tədqiqatçıların fikrincə, spirtli içkilər iltihaba və şişməyə səbəb olan kimyəvi maddələrin qarşısını almağa kömək edir.
Bundan əlavə pivənin həddindən artıq istehlakı böyrək infarktı təhlükəsi yarada bilər. Çünki bu içki sidikqovucu təsirə malikdir, lakin sidik ifrazının artması orqanizmə mayenin daxil olması ilə deyil, böyrək toxumasının qıcıqlanması ilə əlaqədardır. Bu da böyrəklərin filtrasiya qabiliyyətini pisləşdirir.