Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır.
Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyinin aşağı düşməsinə, sürətli və dayaz nəfəs almağa səbəb ola bilər. Ağır hallarda, spirtin beyinə təsiri nəticəsində qıcolmalar, şüur itkisi baş verə bilər.
Alkoqol zəhərlənməsinin qarşısını almaq üçün bir sıra tövsiyələrə əməl etmək lazımdır.
Acqarına və ya böyük dozada içməyin.
Mütləq su qəbul edin.
Naməlum tərkibli içkilərdən uzaq durun.