Ailədə bu uşaqlar  daha ağıllı   olur
01 fevral 2024 13:47 (UTC +04:00)

Ailədə bu uşaqlar daha ağıllı olur

Edinburq Universitetinin (Böyük Britaniya) alimləri ailədə hansı uşaqların daha ağıllı olduğunu müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, ilk doğulan uşaqlar kiçik qardaş və bacılarından daha ağıllıdırlar.

Tədqiqatçılar uşaqların söz ehtiyatı, oxuma sürəti və verilən şəkillərə assosiativ reaksiyaları təhlil ediblər. 

Araşdırma nəticəsində məlum olub ki, bir yaşında zəka testlərində ən yaxşı nəticə göstərən ilk doğulan uşaqlar olub. Uşaqlar kiçik qardaş və bacılarından daha yüksək IQ səviyyələrinə sahibdir. Elm adamları ilk doğulan uşaqların oxumağın öhdəsindən daha yaxşı gəldiyini, şəkillərdə təsvir olunan əşyaların adlarını daha düzgün qoyduqlarını və bloklardakı eyni hərfləri daha uğurla axtardıqlarını müəyyən ediblər.

Bundan əlavə, böyük uşaqlar qardaş və bacılarından daha itaətkar böyüyürlər. Eyni zamanda alimlər qeyd ediblər ki, ilk doğulan və ən kiçik uşaqlar valideynlərindən bərabər miqdarda emosional dəstək alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11637
avatar

Arzu Qurbanlı

Oxşar yazılar