Ağızda  quruluğun   yaranmasının SƏBƏBLƏRİ
03 fevral 2023 19:52 (UTC +04:00)

Ağızda quruluğun yaranmasının SƏBƏBLƏRİ

Ağız quruluğunun səbəbləri insandan insana dəyişə bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şəkərli diabet xəstəliyi və bəzi dərmanlar da ağız quruluğuna səbəb ola bilər.

Ağızda quruluq tez-tez müəyyən dərmanların təsiri nəticəsində yarana bilər. Ağızda quruluğun yaranmasının müxtəlif səbəbləri var:

1. Siqaret və tütün məmulatlarının istifadəsi

2. Alkoqol istehlakı

3. Kimyaterapiya və radioterapiya kimi xərçəng müalicəsi

4. HİV kimi yoluxucu xəstəliklər 

5. Diabet

6. Alzheimer və Parkinson kimi xəstəliklər

7. Bədəndə maye itkisi

8. Depressiya

Bəs, ağızda quruluğun yaranmasının əlamətləri nələrdir?

1. Tez-tez susuzluq

2. Dodaqların çatlaması

3. Ağızda yapışqanlıq hissi

4. Dildə qaşınma hissi

5. Çeynəmək, dadmaq və udmaqda çətinlik

6. Nitq problemləri

7. Boğuqluq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Arzu Qurbanlı

Oxşar yazılar