Yumurta alanda bunlara  DİQQƏT EDİN
16 mart 2021 19:24 (UTC +04:00)

Yumurta alanda bunlara DİQQƏT EDİN

Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98 faiz mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən bu qaydalara diqqət etmək lazımdır:

1. İlk öncə yumurta alarkən yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik.

2. Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir.

3. Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır. 

4. Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir.

5. Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır.

6. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən bunlara diqqət etməliyik:

1. Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir. 

2. Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.

3. Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır.

4. Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3562

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45