Yeməyinizin tavaya yapışmasının  qarşısını alacaq gözlənilməz üsul
12 may 2026 12:50 (UTC +04:00)

Yeməyinizin tavaya yapışmasının qarşısını alacaq gözlənilməz üsul

0

Yeməyin tavada yapışmaması üçün gözlənilməz bir üsul var. Bu üsul həm çuqun tavalar, həm də yapışmayan örtüyü olsa belə yemək yapışan tavalar üçün uyğundur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yapışmayan örtüklü tavalar çox populyardır. Onlar yemək bişirməyi asanlaşdırmaq və qidanın səthə yapışmasını azaltmaq üçün nəzərdə tutulub. Lakin bişirmə zamanı yemək yanmağa və yapışmağa başlayırsa, dərhal tavanı atmağa tələsməyin bəlkə bu üsul kömək edər.

Nə etmək lazımdır?

Əvvəlcə tavanı qızdırın və sonra kəsilmiş soğanla 30–40 saniyə ərzində səthini sürtün. Tavanın istiliyi soğanın tərkibindəki təbii maddələri aktivləşdirir və nəticədə səthdə yapışmayan sulfid qat yaranır. Əgər bu üsul kömək etməzsə, deməli tava artıq yararsız hala düşüb. Bu halda yeni tava almaq lazım gələcək.

Vacib qeyd: Tavanı yuyarkən metal süngərlərdən istifadə etməyin, çünki bu, səthdə cızıqlar yarada bilər. Yapışmayan örtük zədələnsə, yemək dərhal yapışmağa başlayacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar