Mükəmməl  kartof püresi   necə hazırlanır: sirləri AÇIQLANDI
25 fevral 2025 19:24 (UTC +04:00)

Mükəmməl kartof püresi necə hazırlanır: sirləri AÇIQLANDI

Mükəmməl kartof püresi hazırlamaq əsl sənətdir. Hər bir ev sahibəsi və ya aşpaz ən azı bir dəfə yüngül və hava kimi yumşaq kartof pürəsi hazırlamağa çalışıb. Lakin nəticə hər zaman gözləntilərə uyğun olmur.

Lent.az ən dadlı kartof pürəsi reseptini təqdim edir:

İlk və ən vacib sirr düzgün kartof növünü seçməkdir. Yumşaq və krem konsistensiyalı pürə üçün nişasta tərkibi yüksək olan kartof seçilməlidir. Kartofu kəsərkən bıçağın üzərində nişasta qalıbsa, bu kartof pürəsi üçün uyğundur. Belə kartof asanlıqla bişir və hamar tekstura yaradır.

Tərkibi:

Kartof – 500 qram

Kərə yağı – 150 qram

Süd – 50 qram

Duz – zövqə görə

Şnit-soğan (bəzək və dad üçün)

Hazırlanma qaydası

Kartofu təmizləyin və eyni ölçüdə doğrayın ki, bərabər bişsin. Kartof dilimlərini qazana qoyun, üzərinə soyuq su əlavə edin və bir az duz tökün. Kartofu yumşalana qədər bişirin. Əsas odur ki, kartof tam dağılmasın. Bişdikdən sonra suyu süzün və qazanı yenidən ocağa qoyun. Aşağı odda 1-2 dəqiqə qızdırın ki, artıq nəm buxarlansın.

Kartofu metaldan olan süzgəcdən keçirin və ya kartof əzici istifadə edin. Blender və ya mikserdən istifadə etməyin bu, pürəni yapışqan və elastik edəcək. Soyuq kərə yağını kub formasında doğrayın və 4 mərhələdə pürəyə əlavə edin. Əvvəlcə spatula ilə qarışdırın, kartof yumşaldıqda isə çırpıcı ilə davam edin.

Südü ayrıca qızdırın və pürəyə əlavə edin. Çırpıcı ilə intensiv şəkildə qarışdırın ki, püre hava kimi yüngül və ipək kimi hamar olsun. Hazır pürəni aşağı odda qarışdıraraq bir qədər də qızdırın bu, onun daha da yumşaq və homogen olmasına kömək edəcək.

Servis məsləhətləri

Pürəni həm müstəqil yemək, həm də qarnirdə istifadə edə bilərsiniz. Ən yaxşı seçim pürəni lifi asanlıqla ayrılan bişmiş ət ilə servis etməkdir. Üzərinə şnit-soğan əlavə etsəniz, həm dadlı, həm də estetik görünəcək.

Nuş olsun!


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7706

Oxşar yazılar

Niyə şorba ikinci gün  daha dadlı   olur? - CAVAB

Niyə şorba ikinci gün daha dadlı olur? - CAVAB

1 iyun 2025 , 13:20
Makaronları qat-qat dadlı edən sadə inqrediyent

Makaronları qat-qat dadlı edən sadə inqrediyent

31 may 2025 , 19:18
Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

30 may 2025 , 19:38
Dünyada bir çox insan qırmızı bibərin  əslində nədən hazırlandığını bilmir

Dünyada bir çox insan qırmızı bibərin əslində nədən hazırlandığını bilmir

28 may 2025 , 18:13
Uşaqlıqdan sevilən qat-qat vafli  tortu — RESEPT

Uşaqlıqdan sevilən qat-qat vafli tortu — RESEPT

28 may 2025 , 13:22
"Roll kat"ın ən dadlı halı - RESEPT

"Roll kat"ın ən dadlı halı - RESEPT

26 may 2025 , 12:29
Yumşaq biskvit tortu - RESEPT

Yumşaq biskvit tortu - RESEPT

24 may 2025 , 19:25
Qulançarın   bilinməyən faydaları

Qulançarın bilinməyən faydaları

22 may 2025 , 11:43