Minbir dərdə dərman olan yemişan sirkəsini  bir də belə hazırlayın
25 iyul 2024 11:19 (UTC +04:00)

Minbir dərdə dərman olan yemişan sirkəsini bir də belə hazırlayın

İnsan sağlamlığına bir çox faydası olan yemişan meyvəsi xüsusilə həzm problemlərinə faydalıdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alma və üzüm sirkələrini əvəz edəcək qədər təsirli olan yenmişan sirkəsini hazırlamaq çox asandır. 

Lazım olan ərzaqlar:

-1 kq yemişan
-1,5 çay qaşığı qaya duzu
-1 alma
-1 çay stəkan alma sirkəsi
-1 çay qaşığı şəkər
-2 litr su

Hazırlanmaq qaydası:

-Suyu təxminən 5 litr tuta bilən qaba, şüşəyə və ya bankaya qoyun.
-Yemişanları yaxşıca yuyun. Sonra artıq suyu boşaldın və qurudun.
-Artıq sudan təmizlənmiş yemişanları içi su ilə dolu qaba qoyun. Alma dilimləyin və əlavə edin.
-İçərisinə duz, şəkər və sirkə əlavə edib möhkəm bağlayın.
-Qarışığı yaxşıca çalxalayın, möhkəm bağlandığından əmin olun.
-Gün işığı olan otaqda, səhər və günorta arasında günəş işığı altında, digər saatlarda isə günəş işığından uzaq, sərin və quru bir mühitdə mayalanmasına icazə verin.
-Sirkəniz təxminən 10 günlük fermentasiyadan sonra hazır olacaq.
-Mayalanmış yemişan sirkənizi süzgəcdən istifadə edərək süzün. 
-Gün işığından uzaq, sərin və quru yerdə saxlayaraq istədiyiniz kimi istehlak edə bilərsiniz.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5349
avatar

Arzu Qurbanlı

Oxşar yazılar