Ət bişirilməzdən əvvəl  niyə yuyulmamalıdır?   - CAVAB
15 mart 2023 17:33 (UTC +04:00)

Ət bişirilməzdən əvvəl niyə yuyulmamalıdır? - CAVAB

Qırmızı və ağ ət qida rasionunun vazkeçilməzləri arasındadır. Bir çox insan zülalla zəngin olan ağ və qırmızı ətin yuyulub-yuyulmadığı ilə maraqlanır. Bəs, kiçikdən böyüyə hər kəsin yeməli olduğu bu qida yuyulmalıdırmı? 

Çoxları əti əvvəl soyuq suda isladıb, yaxşıca yuyurlar və süzdükdən sonra bişirilər. 

Lent.az  xəbər verir ki, peşəkar aşpazlar əti qətiyyən yumamağı tövsiyə edir. İnsanlar əti üzərindəki artıq maddələrdən, bakteriyalardan təmizləmək üçün yuyurlar. 

Araşdırmalara görə, bəzi bakteriyalar ətə yapışır və hətta yuyulma prosesi də bakteriyalardan xilas olmağa imkan vermir. Əksinə, daha sürətli çoxalma üçün zəmin yaradır. Bu vəziyyəti nəzərə alaraq ağ ətin və ya qırmızı ətin yuyulmasına ehtiyac olmadığı deyilir.

Ətin çirkli səthlərinə rast gəlinərsə, bu hissələr yuyulmaq əvəzinə kəsilməlidir. Yuyulma zamanı bakteriyalar hər yerə yayılmaqla yanaşı, ət islandığı üçün onların asanlıqla çoxalmasına da gətirib çıxarır.

Bununla belə, tutaq ki, ətinizi yumaq istədiniz və ya ətin üzərində yad maddələr var. Bu vəziyyətdə diqqət etməli olduğunuz müəyyən məqamlar var. Məsələn, əgər ətiniz qanlıdırsa, o zaman onun həmin hissələrini yuyun. Ancaq onu çalışıb soyuq su ilə yaxalayın. Qaynar su ilə yusanız azca da olsa onun bişməsinə və tutarlılığını itirməsinə səbəb olacaq. Ətinizi duzlu suda saxlamayın. Bu, ətinizin dadını pisləşdirəcək. Əti otaq temperaturunda açıq qoymaq qətiyyən olmaz. Bu da ətdə mikrobların və bakteriyaların artımına gətirib çıxardır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5748
avatar

Sevinc Fərid

Oxşar yazılar