Ekranların ən məşhuru idi  - Usta şef 55 yaşında ÖLDÜ
18 iyun 2025 10:42 (UTC +04:00)

Ekranların ən məşhuru idi - Usta şef 55 yaşında ÖLDÜ

Televiziya və aşpazlıq dünyası dünən yayılan xəbər ilə sarsıldı. Uzun illərdir ekranların ən sevilən yemək şoularının siması olan məşhur şef evində ölüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Burrell, 17 iyun Çərşənbə axşamı günü Nyu-Yorkun Bruklin bölgəsindəki evində ölü vəziyyətdə tapılıb. 55 yaşında vəfat edən məşhur şefin ölüm səbəbi hələ açıqlanmayıb.

Çalışdığı kanal, Anne Burrell haqqında belə bir açıqlama yayıb
“55 yaşlı Anne Burrell-in bu səhər Nyu-Yorkdakı evində vəfat etdiyini dərin kədər hissi ilə bildiririk. Sarı saçları və parlaq şəxsiyyəti ilə Anne Burrell, Food Network-ün populyar proqramı Worst Cooks in America verilişinin çox sevilən və tamaşaçıların favoriti olan aparıcısı idi. Burrell, mətbəx dünyasındakı fəaliyyəti ilə qürur duyan, sahənin təcrübəli və ehtiraslı bir müəllimi idi".

Ailəsinin dərc etdiyi bəyanatda isə belə deyilir:
“Anne sevilən bir həyat yoldaşı, bacı, qız övladı, ögey ana və dost idi. Gülümsəməsi girdiyi hər otağı işıqlandırırdı. Anne'nin işığı tanışlarının çox-çox o tayına uzanır və dünya üzrə milyonlarla insana toxunurdu. Artıq aramızda olmasa da, istiliyi, ruhu və sonsuz sevgisi əbədi yaşayacaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar