Hər bir evdar qadın əmindir ki, onun kotletləri ən dadlısıdır. Baxmayaraq ki, resept sadə görünür, ideal kotlet bişirmək hər kəsin bacardığı iş deyil.
Lent.az bu resepti təqdim edir:
Kotletlər ən sevilən yeməklərdən biri olsa da, bir çox evdar qadın onun hazırlanma sirlərini tam bilmir. Bəziləri kotlet qızartmağı bacardığını düşünür, amma nəticə ya quru, ya da formasız olur. Əslində isə dadlı və şirəli kotlet hazırlamaq çətin deyil, sadəcə düzgün tövsiyələrə əməl etmək lazımdır.
Tərkibi:
Farş (ət qiyməsi) – 450 qram
Soğan – 1 ədəd
Orta ölçülü toyuq yumurtası – 5 ədəd
Suxari (panirovka üçün quru çörək ovuntusu) – 150 qram
Duz və ədviyyatlar – yarım çay qaşığı
Göyərti – 1 dəstə
Bitki yağı – qızartmaq üçün
Hazırlanma prosesi
Əvvəlcə əti yaxşıca doğrayın və ya hazır qiymə istifadə edin. Soğanı xırda rəndədən keçirin. Ayrı qabda qiyməni ədviyyat, yumurta və rəndələnmiş soğanla qarışdırın. Sonra suxari və xırda doğranmış göyərti əlavə edin.
Bütün ərzaqları yaxşıca qarışdırın və qarışığın təxminən 1 saat “yatmasına” imkan verin, bu, kotletlərin daha şirəli alınmasına kömək edəcək. Əllərinizi suya batıraraq kotlet formasına salın və yaxşı qızdırılmış tavada qızardın.
Qızılı rəngli qabıq əmələ gəldikdə kotleti çevirin, tavanın üzərini qapaqla bağlayın və daxilən bişməsi üçün 3-5 dəqiqə bişirin. Bu reseptlə kotletləriniz daha yumşaq, şirəli və üçqat dadlı olacaq – həm də düyü və ya kartof əlavə etmədən.
Nuş olsun!