Əməkdar artist Yadigar Muradov dəfn edilib.
Lent.az xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
***
09:35
Əməkdar artist Yadigar Muradovun dəfn olunacağı yer bilinib.
Lent.az xəbər verir ki, bu barədə mərhum sənətçinin oğlu Yaşar Muradov məlumat verib.
Onun sözlərinə görə, vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Mərhum Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
***
06:57
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Əməkdar artist bur müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.