Mayda İsveçin Malmö şəhərində keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsində iştirak edəcək Yunanıstan öz mahnısını müəyyənləşdirib. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə üçün ölkəni təmsil edəcək Koza Mostra qrupunun Agathonas İakovidis ilə birlikdə səsləndirdiyi “Alcohol iis free” mahnısı seçilib.
Qeyd edək ki, Yunanıstan mayın 16-da müsabiqənin ikinci yarımfinalında çıxış edəcək.