Yeni ittifaq yaradılır - <span style="color:red;">AZƏRBAYCANDA
09 dekabr 2014 15:39 (UTC +04:00)

Yeni ittifaq yaradılır - AZƏRBAYCANDA

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu Azərbaycanın ali təhsil müəssisələri ilə birgə ölkənin turizm sahəsinin inkişafına həsr olunmuş iclas keçirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan Turizm İnstitutunda təşkil olunan iclasda ölkəmizdə fəaliyyət göstərən akademiya, universitet və institutların professor-müəllim heyəti iştirak edib. Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov və Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərovun da iştirak etdiyi iclasın əsas məqsədi ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurmaq və peşəkar Azərbaycan Görüşlər İttifaqının yaradılması ilə bağlı müzakirələr aparmaq olub. Tədbirdə qeyd olunub ki, beynəlxalq konqreslərin təşkili sektoru turizmin ən gəlirli və dinamik inkişaf edən sahələrindən biridir.

Azərbaycan Konqreslər Bürosu ölkənin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətmək və növbəti beş il ərzində ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini hədəfləyir. Tədbir iştirakçıları, ölkəmizin təhsil sisteminin nümayəndələri ilə Azərbaycan Konqreslər Bürosu mütəxəssislərinin qarşılıqlı əməkdaşlığının bu hədəflərə çatmaq yolunda effektiv rol oynayacağını vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21