Professor Rəhman Bədəlov  vəfat etdi
09 iyul 2025 22:34 (UTC +04:00)

Professor Rəhman Bədəlov vəfat etdi

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib.

O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.

Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdablı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar