“İlin sonuna kimi ev məsələm həll olunacaq”. Lent.az-ın məlumatına görə, bunu aznews.az-a açıqlamasında xalq artisti Nuriyyə Əhmədova deyib. O, detalları açıqlamaq istəməyib və lazımi instansiyalarda iş aparıldığını bildirib: “İlin axırına kimi düzələcəyi deyilir. Allahın altında mənə ev verəydilər, dostumu, tanışımı bir günlük də olsa, öz evimdə qəbul edərdim. Heç olmasa, evimdə bir stəkan çay qonaqlara verib onlarla söhbət edərdim”.
Tanınmış aktrisa səhhətində yaranan problemlərdən də danışıb: “Ayaqlarım tutulmuşdu. Şükür Allaha, indi gəzirəm. Müalicə davam edir. Dava-dərman olmasa, ölərəm. Görün, nə boyda stress keçirdim. Mən yaşadığım bu həyatda hələ belə bir stresslə qarşı-qarşıya olmamışdım. Rəfiqələrim gəlib maraqlanır, baş çəkirlər. Sağ olsunlar. Allah hamıdan razı olsun”.
Nuriyyə Əhmədova onu da əlavə edib ki, həkimlər ona televiziyaya baxmağa qadağa qoyub: “Gözümün altında iri şiş var. Stressim isə ondan da böyükdür. Çoxdandır evdə olduğuma görə havamı dəyişmək istəyirəm”.

Xalq artistinin işi düzəldi
Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52