Şəkidə Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyinin dəstəyi ilə “İpək Yolu Beynəlxalq Musiqi Festivalı” keçirilib. Lent. az-ın məlumatına görə, festival Türkiyənin “Axşam səfası” kollektivinin konserti ilə yadda qalıb. Onlar konsertdə türk sənət musiqisi və Azərbaycan xalq mahnıları səsləndiriblər. Konsertdə Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Ahmet Arslan, Türkiyənin Konya vilayətinin bələdiyyə başçısı Sərdar Kabakçı, Şəki şəhər icra başçısı Elxan Usubov, TRT-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğərcan və digər tanınmış siyasət, sənət adamları iştirak ediblər.
Qeyd edək ki, konsertdə xalq artisti Məleykə Əyyubova və müğənnilər Lalə - Nurkan cütlüyü də öz ifalarını nümayiş etdiriblər.