Dünən Bakıda iyunun 8-30-da keçiriləcək “İstanbul Shopping” Festivalının tanıtım mərasimi keçirilib. Lent. az-ın məlumatına görə, mərasimində festivalın təşkilat komitəsinin sədri Vahab Küçük, TRT-nin ümumi müdiri İbrahim Şahin, TRT-nin Bakıdakı təmsilçisi Yüksel Değercan, təşkilat komitəsinin üzvü Hüseyin Doğan, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslan və azərbaycanlı sənətçilər Alim Qasımov və Tünzalə Ağayeva, Mila Kərimli və Türkiyədən gəlimiş TRT-nin "Axşam Səfası'' qurupu iştirak edib.
Təşkilat komitəsinin sədri Vahab Küçük bu il 3-cü dəfə keçiriləcək alış-veriş və əyləncə festivalının məqsədinin İstanbul şəhərinin dünyaya daha yaxşı tanıdılması olduğunu söyləyib.