Gənc Tamaşaçılar Teatrının (GTT) kollektivi səfərə çıxıb. Teatrın mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, teatrın yaradıcı heyəti Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, İmişli və başqa rayonlarda tamaşa göstərəcək. Qastrol iyulun 6-dək davam edəcək.
Xatırladaq ki, teatr kollektivi bu rayonlarda M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyasını nümayiş etdirəcək. Tamaşada əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev və başqaları rol alıblar.