Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Dövlət Neft Şirkətinin Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyində “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil edib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Yadigar Məmmədli bildrib ki. tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Multikulturalizm Mərkəzinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
Səyyar dərslərin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan Multikulturalizmi” proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılır. Mühazirə Mərkəzin “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.