39000-dən çox qızılgül məhv edildi
27 iyul 2026 22:29 (UTC +04:00)

39000-dən çox qızılgül məhv edildi

0

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) Ermənistandan Belarus vasitəsilə Rusiyaya 39000-dən çox qızılgülün qanunsuz idxalının qarşısını alıb.

Lent.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 23-də Rosselxoznadzorun Bryansk, Smolensk və Kaluqa vilayətləri üzrə idarəsinin nəzarəti altında böyük miqdarda qızılgül partiyası məhv edilib.

Yük alkoqolsuz içkilər kimi gizlədilib. Onu daşıyan Belarus vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin Minsk vilayətindən Moskvaya getdiyi bildirilir.

Qeyd edək ki, Ermənistandan Rusiyaya gül idxalına qoyulan məhdudiyyətlər bu ilin may ayının 22-dən etibarən qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar