Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq davam edir.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, iş üzrə yeni mərhələdə daha beş tanınmış simanın ifadəsinin alındığı bildirilib.
Məlumata görə, jurnalist Uğur Dündar, müğənnilər Mahsun Kırmızıgül, Gülbən Ergen, Hayko Cepkin və aktrisa Elçin Sangu prokurorluğa ifadə verməyə çağırılıb.
Prosesin detalları barədə hələlik rəsmi açıqlama verilməyib.