Bir müddət əvvəl Gürcüstanda həbs edilən Şəmsi Səmədzadə azadlığa buraxılıb.
Lent.az "Ajans.az"a istinadən xəbər verir ki, o, artıq Azərbaycana qayıdıb.
Ş.Səmədzadə mal-qara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Onun sözlərinə görə, həbsinə səbəb baş verən yol-nəqliyyat hadisəsi və sonradan yaranan anlaşılmazlıqla bağlı olub.
Bununla yanaşı, o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib.
Ş.Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu vurğulayıb.