Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onlar - 1997-ci il təvəllüdlü Güləhmədzadə İsmayıl Rahib oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Ələkbər oğludur.
Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilib.
Hazırda onların yerinin müəyyən edilərək saxlanılmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.