Dünya çempionatı finalının  baş hakimi karyerasını  başa vurdu
27 iyul 2026 12:59 (UTC +04:00)

Dünya çempionatı finalının baş hakimi karyerasını başa vurdu

0

Sloveniyalı hakim Slavko Vinçiç hakimlikdən ayrıldığını açıqlayıb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Sloveniya Futbol Assosiasiyasının (FAS) mətbuat xidməti məlumat yayıb.

46 yaşlı hakim İspaniya və Argentina arasında keçirilən final oyununda hakimlik etdiyi 2026-cı il Dünya çempionatının başa çatmasından bir həftə sonra karyerasını başa vurmaq qərarına gəlib. Oyun əlavə vaxtda İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vinçiç karyerasını yüksək səviyyədə başa vurub. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) onu Dünya çempionatının ən yaxşı hakimi kimi tanıyıb və İtaliyada sloveniyalı hakimə Dünya çempionatı və Avropa çempionatlarının final mərhələlərində ən yaxşı hakimə verilən nüfuzlu Culio Kampanati mükafatı verilib.

Vinçiç, turnirin finalı da daxil olmaqla, 2026-cı il Dünya çempionatında ümumilikdə dörd oyunda hakimlik edib.

46 yaşlı Vinçiç 2010-cu ildən bəri FİFA referisi vəzifəsində çalışır. 2024-cü ildə isə Çempionlar Liqasının finalını idarə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar