Balakəndə şəhər ərazisində əkilən bir neçə dekorativ ağac qəsdən yandırılıb.
Lent.az xəbər verir ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Görülən tədbirlərlə əməli törədən şəxslərin 3 yeniyetmə olduğu müəyyən edilib və onlar valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunublar.
Yeniyetmələr barəsində qanunvericiliyə uyğun tədbir görülüb.