Naxçıvanda iki avtomobil toqquşdu, xəsarət alan var
25 oktyabr 2026 21:25 (UTC +04:00)

Naxçıvanda iki avtomobil toqquşdu, xəsarət alan var

0

 

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Kia” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Ceyhun Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar