Rasim Balayevin yubileyi keçiriləcək
23 iyul 2018 12:52 (UTC +04:00)

Rasim Balayevin yubileyi keçiriləcək

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında xalq artisti, görkəmli aktyor Rasim Balayevin 70 illik yubiley tədbiri keçiriləcək.

 

Kitabxanadan APA-ya verilən məlumata görə, “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. 

 

Yubiley mərasimində görkəmli aktyorun uğurlu səhnə fəaliyyətindən, filmlərdə yaratdığı yaddaqalan obrazlardan söhbət açılacaq. 

 

Qeyd edək ki, AMEA Mərkəzi Elmi Kitabxanası və  “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqaləsi dörd dilə çevrilib.

Rasim Balayev haqqında  AMEA MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri  tərəfindən ərəb, fars, gürcü, türk dilli vikipediyalarda məqalələr yaradılıb. Məqalələr gürcü dilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəb dilli və fars dilli  vikipediyada tərcüməçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

 

https://ar.wikipedia.org/wiki/%D8%B1%D8%A7%D8%B3%D9%85_%D8%A8%D8%A7%D9%84%D8%A7%D9%8A%D9%8A%D9%81

 

https://fa.wikipedia.org/wiki/%D8%B1%D8%A7%D8%B3%DB%8C%D9%85_%D8%A8%D8%A7%D9%84%D8%A7%DB%8C%D9%81

 

https://ka.wikipedia.org/wiki/%E1%83%A0%E1%83%90%E1%83%A1%E1%83%98%E1%83%9B_%E1%83%91%E1%83%90%E1%83%9A%E1%83%90%E1%83%94%E1%83%95%E1%83%98

 

https://tr.wikipedia.org/wiki/Rasim_Balayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

APA Baycan

Oxşar yazılar