Onun “İstintaqı davam edir”.
Bu barədə Lent.az-a Orxan Fikrətoğlu özü danışıb. Deyib ki, bu il İctimai Televiziyada onun iştirakı ilə iki yeni layihə olacaq: “Onlardan biri “İstintaq davam edir” adlı layihədir, İlham Tumasla birgə işləyirik. Verilişdə çoxdan açılmış cinayət işlərini işıqlandıracağıq. Məsələn, bir vaxtlar Qarabağ səmasında Amerikanın cəsus təyyarəsi tutulub. Onunla bağlı istintaq materialını verəcəyik. Sonra böyük Niyazının ailəsində baş verən qətl hadisəsini işıqlandırmaq fikrimiz var”.
Orxan Fikrətoğlunun dediyinə görə, ikinci veriliş publisistik xarakterlidir: "Onu da deyim ki, ikinci verilişin hələ iş prosesi getdiyindən hələ adı bəlli deyil. Bəlli olan odur ki, bu beynəlxalq bir layihədir. Kiçik səhnəciklərdən ibarətdir. Səhnəcikləri bizim gənc dramaturqlar yazırlar. Mən orda münsifəm. Səhnəciklərdə tanınmış adamlar hadisələrin iştirakçısına çevriləcəklər. Sonda mən onların iştirakını və səhnəcikləri dəyərləndirib, qalıbi seçəcəm”.