Millət vəkilinin anası vəfat etdi
20 dekabr 2014 10:41 (UTC +04:00)

Millət vəkilinin anası vəfat etdi

0

 

“Son iki-üç ayda yatağa düşmüşdü. Xəstəlikləri çox idi, xəstəlik xəstəliyə qarışmışdı. Böyrəkləri işləmirdi, ayaqları tutulmuşdu. Gecə saat 3-də elə yemək verdiyim vaxt qollarımda keçindi”. Bu sözləri Lent.az-a açıqlamasında mərhum şairə Nurəngiz Günün qızı millət vəkili Jalə Əliyeva bildirib.
 

 

Millət vəkili dəfn mərasiminin sabah baş tutacağını da qeyd edib: “Bu gün hələ ki, evdəyik. Vida və dəfn mərasimi ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən cavab gözləyirik”.

 

***

 

10:37

 

Tanınmış şairə, millət vəkili Jalə Əliyevanın anası Nurəngiz Gün vəfat edib. Lent.az-ın xəbərinə görə, bu barədə modern.az-a məlumat yayıb. Millət vəkilinin anası  bu gün səhər saatlarında vəfat edib.

 

Məlumata görə, dəfn mərasimi sabah baş tutacaq. 

 

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.  

 

Allah rəhmət eləsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar