Hollivudun məşhur siması Nikolas Keyc Hollivudun ən qısamüddətli evlisi kimi tarixə düşüb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Simasız” filminin qəhrəmanı Las-Veqasda vizajist Erik Koyke ilə evləndikdən cəmi dörd gün sonra məhkəməyə mümkünsə kəbinin ləğvi, yaxud boşanma barədə müraciət edib.
Dediyinə görə aktyor evlənməzdən və evlilik qərarı verərkən içkili olub, nə etdiyini bilməyib. Sadəcə Erik ona içkili vəziyyətdə evlilik təklifi edib, aktyor da razılaşıb. Toydan 4 gün sonra ayılan Nikolas bilib ki, evləndiyi qadın həm içki düşkünüdür, həm öz kriminal keçmişini ondan gizlədibmiş.
Onu da deyək ki, bu aktyorun dördüncü evliliyi idi. Həm də bütün evlililiklərində Nikolas tez qərar verib və sonradan peşmanlığını çəkib.
Yeganə oğlu isə aktrisa Kristina Falt ilə vətəndaş nigahından olub.