Lənkəran teatrı“Comərdin nağılı”nı danışıb
15 dekabr 2015 12:56 (UTC +04:00)

Lənkəran teatrı“Comərdin nağılı”nı danışıb

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Comərdin nağılı” adlı yeni uşaq tamaşası təqdim olunub. Teatrdan Lent.az-a verilən məlumata görə, nağıl-tamaşa məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub və məktəblilərin qış tətili ərəfəsində Yeni il hədiyyəsi kimi hazırlanıb.

Tamaşa bədheybət Divin Hürü adlı şahzadə qızı oğurlamasından və Comərd adlı sadə bir gəncin onu xilas etməsindən bəhs edir. Məktəblilər Comərddən təmənnasız olaraq insanların yardımına yetməyi, onları xilas etməyi öyrənəcəklər.

Qızının xilasının müqabilində şah “Ürəyin nə istəyirsə, de, sənin üçün edim! “ söyləyəndə Comərdin cavabı belə olur: “İzn ver, gedim anamın yanına, o məndən ötrü nigarandır və təkdir”

 

Nağıl-tamaşanın sonunda səhnəyə Şaxta baba və Qar qız gələrək, uşaqların Yeni ilini təbrik edirlər, Yolkanın işıqları yanandan sonra isə hamı rəqs edir. Tamaşanın ssenari müəllifi Ağaddin Babazadə, quruluşçu rejissoru əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Emin Fərzullayev, Niftulla Əsgərov, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Emil Rzayev, Hikmət Cəfərov və başqaları ifa edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar