Sovetlər ölkəsinin məşhur müğənnisi indi milyonçudur.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, teleaparıcı Andrey Malaxovun müğənniyə verdiyi bu sualdan sonra Layme onu Yurmaladakı malikanəsinə dəvət edib.
Andrey Malaxov malikanədə gördüklərini təsvir edərək deyir ki, 400 kvadrat metrlik bağ evində dəbdəbə üçün hər şey var - sauna, hovuz, itlər üçün məxsusi yer, dekorativ balıqlar üçün göl, əla çardaq. Malaxov isə ona bağında əkmək üçün naringi ağacı bağışlayıb.
64 yaşlı Layme Vaykule Andrey Malaxova bankdakı hesablarından da bəhs edib. Yenə Malaxovun vərəsəliklə bağlı sualına isə cavab verib ki, onun kim olduğunu özü dəqiq bilir, amma hələ bunu sənədləşdirməyib.
Bütün bu əmlak ona sevgilisi Andrey Latkovskidən qalıb. Onlar 40 il bir yerdə yaşayıblar, müğənni onkoloji xəstəlikdən müalicə alanda Latkovski hər zaman onun yanında olub.
Müğənni danışıb ki, hər yay rəfiqəsi Alla Puqaçoca öz uşaqları ilə Yurmalaya onun yanına istirahətə gəlir. Birlikdə yaxşı vaxt keçirirlər, amma ondan süni mayalandırma ilə uşaq dünyaya gətirmək ideyasını götürmədiyini və bunu bəyənmədiyini bildirib: “Tanrı lazım bilmədi, mənə övlad vermədi, bunu süni yolla etmək istəmirəm”.