
İmadəddin Nəsimi haqda kitab təqdim olundu
Sentyabrın 28-də Şirvanşahlar Sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı" çərçivəsində almaniyalı mühazirəçi Mixael Hessin “Məndə sığar iki cahan. Azərbaycanın ölməz şairi İmadəddin Nəsimi” kitabının təqdimatı olub.
Lent.az-a fonddan verilən məlumata görə, itab ilk dəfə olaraq İmadəddin Nəsiminin həyatı haqqında tədqiqata incəsənət nöqteyi-nəzərindən yanaşmaqla, onun qlobal oxucu tərəfindən asan qavranılması imkanı yaradır.
Tədbirdə çıxış edənlər mütəfəkkir şairin irsinin araşdırılmasının davam etdirilməsini mədəni-mənəvi dəyərlərin öyrənilməsi baxımından yüksək qiymətləndiriblər. Qeyd olunub ki, monoqrafiya Nəsimi irsinə həm beynəlxalq alimlərin, həm də daha geniş auditoriyanın diqqətinin cəlb olunmasında böyük rol oynayacaq.
Bildirilib ki, nəşr İmadəddin Nəsiminin həyatına misilsiz metodoloji yanaşmanı və onun işlərinin şərhini təqdim edir. Bununla yanaşı, nəşrdə çoxlu sayda elmi tezislər və nəticələr də yer alıb.
Türkoloq Mixael Hess orta dövrlər və müasir dövr tarixi, yunanşünaslıq, islamşünaslıq və türkologiya üzrə təhsil alıb. O, 1997-ci ildə türkoloq kimi doktorluq və 2005-ci ildə elmlər namizədi dərəcələrini alıb, o vaxtdan etibarən mühazirəçi kimi fəaliyyət göstərir.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11