III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq
30 iyul 2013 22:48 (UTC +04:00)

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq

Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqla əlaqədar iclas keçirilib.

 

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirliyinin birinci müavini Vaqif Əliyev bildirib ki, ilk dəfə 2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunub və bu sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak edib. 2011-ci ildə baş tutan II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub. Vaqif Əliyevin sözlərinə görə, Sərgi-Yarmarkada 100-dən çox yerli, 30-a yaxın xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edib: “2013-cü ilin 23-25 sentyabr tarixində təşkili planlaşdırılan III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ümummili lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunacaq. Eyni zamanda sərgi ilə eyni vaxtda Bakıda keçiriləcək Avropa Milli Kitabxanaları Konfransı Beynəlxalq Təşkilatının 27-ci sessiyası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri vahid icra planı ilə əlaqələndiriləcəkdir”. 
 

Vaqif Əliyevin sözlərinə görə, əvvəlki iki sərgilərdən fərqli olaraq, bu il hazırlıq prosesinə daha öncədən başlanılıb və bunun nəticəsi olaraq III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 50-si xarici ölkə təmsilçisi olmaqla 150-yə yaxın nəşriyyat, poliqrafiya müəssisəsi və digər müvafiq təşkilatların iştirak edəcəyi gözlənilir. 
 

Sərginin loqosu, digər çap məhsullarının kompleks dizaynı sifariş edilib hazırlanıb. Sərgi-yarmarkanın yeni saytı yaradılıb və yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
 

 Azərbaycanda fəaliyyət göstərən 100, Rusiya, Türkiyə, Amerika, Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Serbiya, Avstriya, Macarıstan, Belarusya, Ukraniya, Estoniya, Qazaxıstan, Özbəkistan, Litva, Kanada, Çin, Hindistan, Braziliya, Misir, İsrail, İndoneziya, Avstraliya, Yeni Zellandiya, Afrika ölkələri və sair ölkələrdən 260-dan çox nəşriyyat, poliqrafiya müəssisələri, kitab yayım evlərinə dəvət məktubları göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar