Gənc Tamaşaçılar Teatrında daha 2 yeni tamaşa
02 fevral 2015 16:21 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrında daha 2 yeni tamaşa

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha 2 yeni əsərin səhnələşdirilməsinə start verilib. Teatrdan Lent.az-a verilən məlumata görə, birinci əsər Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir. Əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva və başqaları ifa edəcəklər. 

 

Uşaqlar üçün nəzərdə tutulmuş yeni tamaşanın premyerası bu ilin aprel ayında baş tutacaq.

 

Növbəti tamaşa dramaturq Hüseynbala Mirələmovun “Miras” əsəridir. Əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılmasında görüb, ev sahibi yaşlı atanı yola gətirməkdən bəhs olunur.

 

İlk nümayişi mayda nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru əməkdar ncəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Əsas  obrazları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova və başqaları ifa edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar