Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı pedaqoq və baletmeyster, SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə aprelin 5-də Ə.Bədəlbəylinin “Qız qalası” baletini təqdim edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcəklər. Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
Qeyd edək ki, premyerası 16 aprel 1940-cı ildə baş tutan bu balet Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olub və uzun illər tamaşada Gülyanaq rolunu ifa edib.