Qarabağ suvarma  kanalında FACİƏ:  33 yaşlı kişi batdı
27 iyul 2026 10:07 (UTC +04:00)

Qarabağ suvarma kanalında FACİƏ: 33 yaşlı kişi batdı

0

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 26 iyul 2026-cı il tarixində Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar