Çimərliklərdə futbol oynamaq və balıq tutmaq  qadağan edildi - Cərimələnə bilərsiniz
27 iyul 2026 11:29 (UTC +04:00)

Çimərliklərdə futbol oynamaq və balıq tutmaq qadağan edildi - Cərimələnə bilərsiniz

0

Portuqaliya hakimiyyəti ölkənin materik hissəsində və Madeira adasında yerləşən çimərliklərdə yeni qaydalar tətbiq edib. Məqsəd həm təhlükəsizliyi artırmaq, həm də ictimai asayişi qorumaqdır. Yeni qaydalara əsasən, xüsusi ayrılmış ərazilər istisna olmaqla, çimərliklərdə futbol və tennis oynamaq qadağandır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, istirahət zamanı şəxsi səs gücləndiricilərindən və portativ dinamiklərdən istifadə etmək də yasaqlanıb. Bu qaydanı pozanlar 200-4000 avro məbləğində cərimə oluna bilərlər.

Yeni məhdudiyyətlərə əsasən, çimərliklərdə:

çadır qurmaq;

tonqal qalamaq;

manqal yandırmaq da qadağandır.

Su idmanı növlərinə də yeni tələblər tətbiq olunub. Sörfinq, kaytsörfinq və vindsörfinq yalnız bunun üçün ayrılmış xüsusi zonalarda həyata keçirilə bilər. Həmçinin hidrosikletlər və digər mühərrikli su nəqliyyat vasitələrinin çimmək üçün ayrılmış ərazilərə daxil olması qadağandır. Onlar yalnız xüsusi hərəkət dəhlizlərindən istifadə etməlidirlər.

Yeni qaydalara görə, çimərliklərdə balıq ovuna yalnız çimərlik mövsümü başa çatdıqdan sonra icazə veriləcək. Bəzi çimərliklərdə çətirlərin quraşdırılması üçün xüsusi zonalar müəyyən edilib. Lakin bu çətirlər çimərliyin ümumi sahəsinin 30 faizindən, sahil xəttinin isə 50 faizindən çoxunu tuta bilməz. Qalan hissə bütün istirahətçilərin sərbəst istifadəsi üçün açıq saxlanılmalıdır.

Qaydaları pozanları müxtəlif məbləğdə cərimələr gözləyir. Məsələn, çimərlikdə icazəsiz futbol oynayan və ya çadır quran şəxslər 30-100 avro, sörfinq zonasında çimməyə görə isə 55-550 avro arasında cərimələnə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar