Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirib
06 aprel 2015 12:47 (UTC +04:00)

Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə  tədrisi üçün kadrların hazırlanması məqsədi ilə təşkil etdiyi təlimlərin birinci mərhələsi başa çatıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə  təlimlərdə iştirak edən 15 müəllimə sertifikatlar təqdim olunub.

Təlimlərin birinci mərhələsində Azərbaycan  Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri və Prezident yanında Strarteji Araşdırmalar Mərkəzinin nümayəndəsi iştirak edib. Təlim iştirakçıları  Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin Azərbaycan multikulturalizminin tarixi və müasir dövrü, Azərbaycan Respublikasının multikulturalizm siyasəti barədə mühazirələrini dinləyib.

 

Təlimlər dörd mərhələdən ibarətdir və hər biri iki ay boyunca davam edir. Mühazirələr hər həftənin  şənbə günü Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində həyata keçirilir. Hər mərhələnin sonunda təlim iştirakçıları Multikulturalizm Mərkəzinin sertifikatlarını əldə edir və növbəti semestrlərdə “Azərbaycan Multikulturalizmi” fənnini tədris edən müəllimlərin sırasına qoşulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar