Bu gün Azərbaycanın ilk milli kinoaktrisasının anım günüdür
22 aprel 2015 15:18 (UTC +04:00)

Bu gün Azərbaycanın ilk milli kinoaktrisasının anım günüdür

Bu gün Azərbaycanın ilk milli kinoaktrisası, kimyaçı alim, akademik, əməkdar elm xadimi İzzət Oruczadənin (Orucova) xatirə günüdür. Lent.az-ın kino.org.az-a istinadən məlumatına görə, İzzət Orucova 1909-cu il sentyabrın 16-da Bakı şəhərində anadan olub. O, 1932-ci ildən 1959-cu ilədək Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, Qeyri-üzvü və Fizika Kimya İnstitutunun direktoru, Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri olub.

 

Görkəmli alim İ. Oruczadə həmçinin ilk Azərbaycan kinoaktrisalardandır. O “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Şərəf nişanı ordenləri bə bir sıra medallarla təltif edilib.

 

İzzət Orucova “İsmət”, “Lətif” və Məhəbbət oyunu” filmlərində də də müxtəlif obrazlar yaradıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar