Azərbaycanlı dirijor Lvova gedəcək
08 oktyabr 2013 12:38 (UTC +04:00)

Azərbaycanlı dirijor Lvova gedəcək

Oktyabrın 13-də Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov Lvovda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət  konserti idarə etmək üçün Ukraynaya gedəcək. Lent. az-a verilən məlumata görə, Lvov Dövlət Filarmoniyasının Simfonik Orkestrində Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürası,  Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Firəngiz Əlizadənin “Nağıllar” simfonik əsəri, Qara Qarayevin “Don Kixot”  simfonik qravürləri və Fikrət Əmirovun “Azərbaycan Kapriççiosu” ifa ediləcək.

 

Fikrət Əmirov və Elmira Nəzirovanın   fortepiano və orkestr üçün “Konsert”inin solisti  professor Fərhad Bədəlbəyli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar